Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) təchizatçıların satınalma prosesi ilə bağlı müraciətlərinin elektron qaydada təqdim edilməsi, icra vəziyyətinin izlənilməsi və nəticələr barədə məlumatların operativ əldə olunmasına imkan verən yeni “Müraciətlər” modulu istifadəyə verilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, yeni imkanın tətbiqi müraciətlərə baxılması prosesində operativliyin artırılmasına, təchizatçılarla elektron məlumat mübadiləsinin daha səmərəli təşkilinə xidmət edir.
Modul təchizatçıların şikayət, ərizə və təkliflərini vahid elektron platforma üzərindən təqdim etməsinə və müraciətlərin icra prosesinin sistemli şəkildə izlənməsinə imkan yaradır. Bununla müraciətlərin idarə olunması prosesi rəqəmsallaşdırılır, məlumatların vahid sistemdə toplanması və müraciətlərin statusu barədə təchizatçıların operativ məlumatlandırılması təmin olunur.
“Müraciətlər” modulundan istifadə qaydaları ilə bağlı hazırlanmış təlimat videosunu buraya keçid etməklə izləyə bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [17:46]
® “Expressbank” Bərdədə 300 ağac əkib
- 03.11.2026 [17:42]
Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb
- 03.11.2026 [17:39]
Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib
- 03.11.2026 [16:38]