Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ
Bakı, 3 noyabr, AZƏRTAC
Bakının mərkəzində, Dənizkənarı Milli Parkın ərazisində yerləşən “Kiçik Venesiya şəhərciyi” paytaxtın ən maraqlı məkanlarından biridir. İtaliyanın romantik Venesiyasını xatırladan bu guşə süni kanalları, mənzərəli körpüləri və qayıq gəzintiləri ilə şəhərə xüsusi gözəllik qatır.
1960-cı ildən fəaliyyət göstərən, əsaslı yenidənqurmadan sonra 2012-ci ildə istifadəyə verilmiş məkan illərdir həm paytaxt sakinlərinin, həm də turistlərin sevimli gəzinti və istirahət ünvanlarından biridir.
AZƏRTAC-ın əməkdaşının “Kiçik Venesiya”dan fotoreportajını təqdim edirik.
Fotomüxbir - Aydın Məmmədov