Vışeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir
Praqa, 3 noyabr, AZƏRTAC
Vışeqrad dördlüyünün (Çexiya, Macarıstan, Polşa, Slovakiya) dövlət başçılarının ikigünlük sammiti çərşənbə günü Slovakiyanın Trençin şəhərində başlayacaq.
AZƏRTAC xəbər verir ki, görüşün əsas mövzularını Ukraynaya dəstək, Avropa İttifaqının genişlənməsi və enerji daşıyıcılarının əlçatanlığı təşkil edəcək. Dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen də tədbirə dəvət olunub.
Çexiya Prezidentinin dəftərxanasının məlumatına görə, Petr Pavel Avropa ölkələrinin Rusiya ilə danışıqlarda iştirakını prinsipial və əhəmiyyətli hesab edir. O, müharibənin başa çatması ilə bağlı müzakirələrin Avropanın təhlükəsizliyinin gələcək arxitekturası baxımından vacibliyini vurğulayır. Prezident, həmçinin Çexiyaya səfər edəcək Monteneqro Prezidenti Yakov Milatoviçlə Aİ-nin genişlənməsi barədə danışıqları davam etdirməyi planlaşdırır. Energetika məsələsində isə Vışeqrad ölkələrinin sıx əməkdaşlığı mümkün hesab olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [18:10]
Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?
- 03.11.2026 [18:10]
SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
- 03.11.2026 [17:46]
Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb
- 03.11.2026 [17:07]
“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb
- 03.11.2026 [16:56]