Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb
Budapeşt, 3 noyabr, AZƏRTAC
Budapeştin 18-ci rayonunda yerləşən tikinti sahəsində İkinci Dünya müharibəsi dövrünə aid 244 partlayıcı qurğu aşkar edilib.
AZƏRTAC xəbər verir ki, Macarıstan Silahlı Qüvvələrinin 1-ci Zərərsizləşdirmə və Çay Flotiliyası Alayı bu barədə məlumat yayıb.
Bildirilib ki, Üllői yolu 404 ünvanında keçirilən əməliyyat zamanı, həmçinin təxminən 100 kiloqram yüngül silah patronu və 50 kiloqram gilzə qırıqları tapılıb.
Mütəxəssislərin fikrincə, sursat əvvəllər çuxura yığılaraq yandırılıb, istilikdən onların bəziləri bir-birinə yapışıb. Pirotexniklər onları iskənə ilə ayırmalı olublar.
Qeyd edək ki, tikinti sahəsində oktyabrın ortalarında iki FAB-100 aviabombası zərərsizləşdirilib, sonra 24 partlayıcı çıxarılıb.
Səlahiyyətlilər tərəfindən partlayıcıyabənzər əşya tapanlara ona toxunmamaq, təhlükəsiz məsafədə dayanmaq və dərhal “112” nömrəsinə zəng etmək tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [17:46]
Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb
- 03.11.2026 [17:07]
“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb
- 03.11.2026 [16:56]