Kəmalə Qasımova: Aşıq sənətində yeniliklərlə yanaşı, ənənələr də qorunmalıdır
Bakı, 3 noyabr, AZƏRTAC
Aşıq festivallarının keçirilməsi qədim sənətimizin köklərinə olan rəğbətin ifadəsi, bu irsin yaşadılması, gələcək nəsillərə ötürülməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Belə tədbirlər aşıq sənətinə marağın artırılmasına və onun ənənələrinin daha geniş auditoriyaya çatdırılmasına kömək edir.
Bunu AZƏRTAC-a açıqlamasında “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvü, Aşıq Şəmşirin nəvəsi Kəmalə Qasımova deyib.
O bildirib ki, festivallar minilliklərdən süzülüb gələn aşıq sənəti ənənələrinin yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Gənclərə tövsiyəsini bölüşən K.Qasımova qeyd edib ki, sənətə yenilik gətirmək istəyənlər bunu etməli, eyni zamanda, aşıq sənətinin köklərini və ustadlardan gələn ənənələri qorumalıdırlar. Onun sözlərinə görə, yeni yanaşma ortaya qoymaq mümkün olmadıqda, ustadlardan öyrənilən sənəti olduğu kimi gələcək nəsillərə ötürmək vacibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [18:15]
Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür
- 03.11.2026 [16:42]
“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş
- 03.11.2026 [15:31]