Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan qovurması, nəsildən-nəslə ötürülən dad və ənənə - REPORTAJ VİDEO

Naxçıvan, 3 noyabr, AZƏRTAC

Qışın soyuğuna hazırlıq, ailə süfrələrinin bərəkəti, nənələrdən miras qalan bir dad... Naxçıvanda qovurma yalnız ətin xüsusi üsulla bişirilməsi deyil, həm də əsrlərdən süzülüb gələn məişət mədəniyyətinin, ailə ənənələrinin yaşadılmasıdır. Bir vaxtlar qış tədarükünün ayrılmaz hissəsi olan bu nemət bu gün də özünəməxsus hazırlanma qaydasını qoruyur. İndi isə ənənəvi dad ailə təsərrüfatlarının fəaliyyəti ilə daha geniş ünvanlara çatır.

Sədərək rayonunun Sədərək kənd sakini, ailə təsərrüfatçısı Mehparə Hüseynovanın qovurma ilə bağlı xatirələri uşaqlıq illərinə, ailəsinin qış tədarükü gördüyü günlərə gedib çıxır. O, AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bu ənənənin ailəsində necə yaşadıldığını xatırlayaraq deyir:“Gözümü açandan görmüşəm ki, nənəm, babam, atam heyvanı yazdan saxlayardılar. Qışda bir neçəsini satıb, bir-ikisini də qovurmalıq üçün ayırardılar. Qovurma əsasən mal ətindən, quzudan, bəzən də qoyun ətindən hazırlanır. Bunun öz ənənəsi, öz qaydası var”.

Naxçıvanda qovurma ailənin qış boyunca ət ehtiyacını qarşılamaq üçün hazırlanardı. Ətin öz yağında bişirilməsi və həmin yağda saxlanılması məhsulun uzun müddət qorunmasına imkan verirdi. Bu üsul həm zəhmətin, həm də təsərrüfatın bərəkətinin dəyərləndirilməsi idi.

Bu gün Mehparə Hüseynova həmin ənənəni ailə təsərrüfatı çərçivəsində davam etdirir. Qovurma sifariş əsasında hazırlanır, Naxçıvandan Bakının müxtəlif rayonlarına göndərilir. Türkiyədən də sifarişlər alındığını deyən müsahibimiz bildirir ki, məhsula maraq ənənəvi dadın yaşadılmasına stimul verir.

Qovurmanın hazırlanmasında istifadə olunan yağ da sifarişçinin istəyinə uyğun seçilir. Kərə yağı ilə hazırlanan qovurmaya üstünlük verənlər çoxdur. Bununla belə, ənənəvi üsul öz yerini qoruyur:

“Qovurmanı kərə yağı ilə də, quyruq yağı ilə də hazırlayırıq. Hər kəs öz zövqünə uyğun sifariş verir. Amma ənənəvi qovurma evdə heyvanın öz quyruq yağı ilə hazırlanır, öz yağında basdırılır və bir müddət saxlanılır. Bir-iki ay keçdikdən sonra qovurma əsl dadına çatır və yeyilməyə hazır olur. El arasında bu mərhələni “qovurma dəydi” adlandırırlar. Əti qopardıqda içinin şirəli olması onun hazır olduğunun əsas əlamətidir. Məhz bu zaman qovurma özünəməxsus dadını və ləzzətini alır.

Qovurmanın hazırlanmasında əsas məsələ yalnız ətin bişirilməsi deyil, ənənəvi qaydalara əməl olunmasıdır. Ətin seçilməsi, yağın miqdarı və bişirilmə üsulu məhsulun dadına, keyfiyyətinə təsir göstərir. Qovurmanın uzun müddət qalmasının əsas səbəbi isə ət qovurulan zaman Naxçıvan duzundan istifadə edilməsidir. Hər ailənin özünəməxsus hazırlama qaydası olsa da, məqsəd dəyişmir – qovurmanın təbii dadını qorumaq”, - ”, - deyə Mehparə Hüseynova vurğulayıb.

Onun sözlərinə görə, qovurma ilə hazırlanan qış xörəklərinin ətri uzaqdan hiss olunur: “Bu qoxu insan tox olsa belə, iştahasını açır. Əsasən, bu aylardan başlayaraq hazırlanan qovurma Novruz bayramına qədər istifadə olunmaq üçün nəzərdə tutulur. Ondan 10-15 adda dadlı, ənənəvi yemək hazırlanır. Bozbaş, qovurma ilə yumurta, əriştə aşı, qurud aşı, yarma durusu və digər xörəklər qış süfrələrinin vazkeçilməz təamlarıdır”.

Naxçıvan qovurması bu gün də ailə süfrələrində öz yerini saxlayır. Bir vaxtlar qışa hazırlıq üçün görülən iş indi həm də ailə təsərrüfatının gəlir mənbəyinə çevrilib. Lakin dəyişən zamanla yanaşı, dəyişməyən bir məqam var: bu nemətin hazırlanmasında nənələrdən öyrənilən qaydalar, ailədən gələn təcrübə və zəhmət dayanır.

Beləcə, Naxçıvan qovurması bir süfrədən digərinə, bir nəsildən növbəti nəslə ötürülür. Onun hər tikəsində qış tədarükünün xatirəsi, ailə ocağının istiliyi və Naxçıvanın qədim mətbəx ənənələrinin dadı qorunur.

Müxbir- Nail Əsgərov

Naxçıvan qovurması, nəsildən-nəslə ötürülən dad və ənənə - REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellektə investisiyaların azalması Britaniya iqtisadiyyatında tənəzzül riskini artıra bilər

Fransada işsizlərin əksəriyyətinin ayrı-seçkiliyə məruz qaldığı məlum olub

Metyu Brayza: ABŞ investorları Azərbaycanda süni intellekt infrastrukturuna artan maraq göstərirlər – ŞƏRH

Azərbaycanda sukuk emissiyasının həyata keçirilməsi nəzərdə tutulur

BDYPİ xəbərdarlıq edir: Avtonəqliyyat vasitələrinin payız-qış mövsümünə hazırlanması mühüm şərtdir

“Elektron ticarət haqqında” Qanuna dəyişiklik parlamentdə birinci oxunuşda qəbul edilib

Con Spenser: Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir

Aşıq sənətinin tədrisi məsələlərinə dair müzakirələr aparılıb

Aqroparkların əcnəbi mütəxəssisləri üçün miqrasiya qaydalarının sadələşdirilməsi təklif olunur

“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilir

Politoloq: Düşüncə və yanaşmalar mütləq dəyişilməlidir

Azərbaycanla Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar aparılıb

Liam Collins: Azərbaycanın iqtisadi potensialı və hərbi islahatları Qələbənin əsas amillərindəndir

Fransada təlim zamanı iki əsgərin ölümünün yol verilmiş nöqsanlarla bağlı olduğu aşkarlanıb

İspaniyanın “Tenerife” klubunun futbolçusu vəfat edib

Britaniya və Aİ ərzaq ticarətinin asanlaşdırılması üzrə saziş layihəsi hazırlayıb

Siyasi elmlər doktoru: Azərbaycançılıq milli həmrəyliyimizin və dövlətimizin gücünün əsasını təşkil edir

ABŞ İrana zərbə endirdi, neftin qiyməti artdı

Dövlət qulluğu imtahanlarının vaxtı və qaydaları açıqlanıb

Parlament “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklə bağlı qanun layihəsini təsdiqləyib

Jan-Fransua Kope: Makronun zəifləyən hakimiyyəti fonunda populistlər Fransada hücuma keçiblər

Nazirlik: 91 uşaq himayədar ailələrə verilib

Dövlət Proqramı təqaüdçülərinin elmi tədqiqatlarının startap layihələrinə çevrilməsi imkanları genişləndirilir

Everest zirvəsi yaxınlığında iki helikopterin toqquşması nəticəsində bir nəfər ölüb

Azərbaycan ilə Özbəkistan pensiya təminatı sahəsində əməkdaşlıq edəcək

Süni intellektə artan qlobal tələbat Azərbaycana beynəlxalq enerji bazarında mövqeyini genişləndirmək imkanı yaradır - ŞƏRH

Bir sıra şəhər və şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Paytaxtda Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Ukrayna polisi ilə birgə əməliyyat keçirilib, kiberdələduzluq şəbəkəsinin 11 üzvü Azərbaycana gətirilib VİDEO

Ukrayna polisi ilə birgə əməliyyat keçirilib, kiberdələduzluq şəbəkəsinin 11 üzvü Azərbaycana gətirilib VİDEO

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqavilə təsdiqlənib

Beynəlxalq strukturların Avropadakı etirazlara qeyri-prinsipial mövqeyi diqqət çəkir - ŞƏRH

Elektromobillərin şarj edilməsi 6 dəqiqə çəkəcək: Çin şirkəti müvafiq danışıqlar aparır

Bakıda İtaliya-Azərbaycan biznes-forumu keçiriləcək

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

Cari ildə qlobal təbii qaz tələbatı 1,5 faiz azalacaq - Hesabat

İntizam Komitəsi klubları 12 min manatdan çox cərimələyib

Rusiyanın Yaroslavl vilayətinə dron hücumu nəticəsində iki nəfər yaralanıb

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 46 nəfər saxlanılıb

BMT təbii fəlakətlərdən zərər çəkə biləcək əhaliyə dəstək üçün yeni sığorta proqramı yaradıb

Basketbol tarixində bu gün: Kobi Brayant NBA-da debüt edib

Özbəkistan Mərkəzi Bankının nümayəndə heyəti AMB-də təcrübə mübadiləsi aparıb

“Reuters”: Müharibə Qara dənizə doğru genişlənir və NATO-nun “qırmızı xətti” sınaq qarşısındadır

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib VİDEO

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib VİDEO

Azərbaycanda pul bazası artıb

Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib VİDEO

Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib VİDEO

Avropada iqtisadi böhranın əsas səbəbləri: Liderlərin siyasi səhvləri, məsuliyyətsiz qərarlar və uğursuz idarəçilik

Mərkəzi banklar son 2 ilin ən sürətli tempi ilə qızıl alıblar

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Kolumbiyalı tələbələrə Azərbaycanın Zəfər tarixi barədə məlumat verilib

Ukraynada yaşayan azərbaycanlı Kiyev Şəhər Hərbi Administrasiyasının rəis müavini təyin olunub

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 noyabr

Gökdeniz Karadeniz: Kurban Berdiyev Azərbaycan futboluna mühüm töhfələr verə bilər – MÜSAHİBƏ

Akademik İradə Hüseynova: Zəfər Azərbaycanın milli gücünün, birliyinin və elmi potensialının təntənəsidir

Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Auditoriyada formalaşan bilik sabahın iqtisadiyyatının təməlidir - Mürşüd Mehdiyev

Hökumətin tədbirlərini yetərsiz sayan fransız gənclər küçələrə çıxır

Məşhur danimarkalı aktyor Ukraynaya maliyyə dəstəyini davam etdirməyə çağırıb

Hindistan XİN: Oman sahilləri yaxınlığında gəmiyə hücum nəticəsində bir nəfər ölüb

Qaxda Zəfər Gününə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib

Çinin gecə səmasında maraqlı mənzərə: Ay iki planetlə yanaşı parlayıb – FOTOLAR

Fransada əhali 72 saatlıq fövqəladə vəziyyətə hazır olmağa çağırılıb

Bilyardın “Snuker” növü üzrə ölkə çempionatına yekun vurulub

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Seneqalın Misirdəki səfirliyi azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycanın turizm potensialı Çində tanıdılır VİDEO

Azərbaycanın turizm potensialı Çində tanıdılır VİDEO

BDU tələbələri Çində: ikili diplom proqramının açdığı yeni imkanlar

Panama Respublikasının Prezidenti Zati-aliləri cənab Xose Raul Mulino Kinteroya

Avropanın sosial rifah modeli iqtisadi və siyasi çağırışlarla üz-üzədir – ŞƏRH

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət almaqda şübhəli bilinərək həbs edilib – BİRGƏ MƏLUMAT VİDEO

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət almaqda şübhəli bilinərək həbs edilib – BİRGƏ MƏLUMAT VİDEO

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

ABŞ-İran qarşıdurması dünya neft bazarını silkələyir: Azərbaycanın mövqeyi və iqtisadi dividendləri

Norveç millisinin və “Vikinq”in sabiq qapıçısı: “Sabah” izləməkdən zövq aldığım komandadır - EKSKLÜZİV MÜSAHİBƏ

Milli kimliyin və dövlətçiliyin təməli: Azərbaycançılıq məfkurəsi - ŞƏRH

Çindən kosmosa daha 18 peyk göndərilib

Beynəlxalq yarışlarda fərqlənən idmançılarla görüş olub

Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb

® “Nizami City”də təmirli mənzil kampaniyası başladı: Məhdud sayda mənzil VİDEO

® “Nizami City”də təmirli mənzil kampaniyası başladı: Məhdud sayda mənzil VİDEO

®  “Baku Steel Company” “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir VİDEO

® “Baku Steel Company” “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir VİDEO

Qazaxıstan Atırau-Samara kəməri ilə neft nəqlinin bərpa olunduğunu açıqlayıb

Sədərəkdə mülki müdafiə dəstələrinin hazırlığı yoxlanılıb VİDEO

Sədərəkdə mülki müdafiə dəstələrinin hazırlığı yoxlanılıb VİDEO

KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb

“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə edib

Qızıl oktyabrda 6,8 faiz ucuzlaşıb

NASA-nın simulyasiyalı Mars missiyası ekipajının 378 günlük təcrid müddəti başa çatıb

“Sahiblik” adlı yeni kitab çapdan çıxıb

ADPU tələbələrinin dayanıqlı inkişaf savadlılığı qiymətləndirilib

Naxçıvan qovurması, nəsildən-nəslə ötürülən dad və ənənə - REPORTAJ VİDEO

Naxçıvan qovurması, nəsildən-nəslə ötürülən dad və ənənə - REPORTAJ VİDEO

Ruandalı nazir: Milli Azərbaycan Ədəbiyyatı Muzeyi bütün dünya üçün ilhamvericidir

İranın xarici işlər naziri: Səudiyyə Ərəbistanı ilə dialoqu davam etdiririk

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

“Neftçi” XXI əsrdə qol rekordunu yeniləyib

Bolqarıstanda güclü yağışlar daşqınlara səbəb olub, Varnada məktəblər bağlanıb

Sinifdə məlumatın dəyərləndirilməsini təşviq edən yeni vəsait nəşr olunub

AKTİ-nin sədri: Zəfər tarixinin gələcək nəsillərə ötürülməsi hər bir Azərbaycan vətəndaşının məsuliyyətidir

Makron hakimiyyətinin qarşısındakı əsas sınaq küçələrə nəzarəti qorumaqdan daha dərindir - RƏY

Milli yaddaşdan rəqəmsal mediaya: Azərbaycan radiosunun 100 illik yubiley konfransı

Etirazlar Avropada gələcək siyasi sistemlərin və hökumətlərin müqəddəratını müəyyənləşdirə bilər - ŞƏRH