Ədliyyə Nazirliyi bələdiyyələrə xəbərdarlıq: Qanunsuz ödəniş tələblərinə inanmayın
Bakı, 4 noyabr, AZƏRTAC
Son dövrlərdə özlərini Ədliyyə Nazirliyinin struktur qurumlarının əməkdaşı kimi təqdim edən şəxslərin bələdiyyə üzvlərinə zəng edərək müxtəlif adlar altında ödənişlər tələb etməsi hallarına rast gəlinir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı fəaliyyəti onların işinin təşkilinə kömək etmək, metodoloji yardım göstərmək və inzibati nəzarəti həyata keçirməkdən ibarətdir. Bu sahədə fəaliyyətlə bağlı nazirliyə dövlət rüsumunun və ya hər hansı digər adda vəsaitin ödənilməsi nəzərdə tutulmayıb və bələdiyyələrə belə tələblər irəli sürülmür.
“Bələdiyyələrin vəzifəli şəxslərinə diqqətli olmaq, şübhəli zənglərə və mesajlara, eləcə də digər üsulla irəli sürülən bu cür qanunsuz ödəniş tələblərinə inanmamaq tövsiyə olunur”, - deyə məlumatda bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [11:42]
FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb
- 04.11.2026 [08:33]
Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
- 03.11.2026 [21:56]
Ankarada Azərbaycanın Zəfər Günü qeyd olunub
- 03.11.2026 [20:18]
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
- 03.11.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
- 03.11.2026 [23:55]
Fransada zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlanıb
- 03.11.2026 [23:31]
Yəmən hökuməti SEPAH-ı husilərə hərbi dəstəyi artırmaqda ittiham edib
- 03.11.2026 [23:10]
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar
- 03.11.2026 [22:52]
“Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb
- 03.11.2026 [22:20]
Ankarada Azərbaycanın Zəfər Günü qeyd olunub
- 03.11.2026 [21:56]