Qazaxıstan parlamenti Asiya İnkişaf Bankı ilə 15 illik kredit müqaviləsini təsdiqləyib
Bakı, 4 noyabr, AZƏRTAC
Qazaxıstan parlamentinin deputatları Asiya İnkişaf Bankından 3,41 milyard Çin yuanı məbləğində kredit alınmasını nəzərdə tutan 15 illik sazişi təsdiqləyiblər.
AZƏRTAC Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, müqavilə iki oxunuşda qəbul edilib. Kreditin üçillik güzəşt müddəti nəzərdə tutulub. Vəsaitlərin sosial proqramların, nəqliyyat infrastrukturunun, sənaye və təhsil sahələrinin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.
Sazişin əsas məqsədi Qazaxıstanın sosial-iqtisadi öhdəliklərinin vaxtında maliyyələşdirilməsi və ölkənin maliyyə sektorunun dayanıqlığının gücləndirilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [11:58]
“Ədəbi proses – 2025”: Zəfər diskursundan Böyük Qayıdış ideyasına
- 04.11.2026 [11:49]
BDU-da “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində görüş təşkil edilib
- 04.11.2026 [11:44]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ayısəsi məbədi
- 04.11.2026 [11:11]
Alimlər yadplanetli həyatın axtarışında virtual Yer modeli yaradıblar
- 04.11.2026 [10:45]