Azərbaycanın kibertəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub
Bakı, 8 oktyabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) əməkdaşı beynəlxalq kibertəhlükəsizlik yarışında birinci yerə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, MKA-nın Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəhbəri Ceyhun Cəfərov Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən “CyberDSA 2026” tədbiri çərçivəsində təşkil edilən “Capture the Flag” (CTF) yarışında qalib olub. Yarışda 46 ölkədən kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.
İştirakçılara süni intellekt sistemlərinin təhlükəsizliyinin təmin edilməsi, zəifliklərin aşkarlanması və kiberhücumların qarşısının alınması ilə bağlı mürəkkəb praktiki tapşırıqlar təqdim olunub.
C.Cəfərov yarışın bütün mərhələlərində tapşırıqları uğurla yerinə yetirərək birinci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:23]
Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]
“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb
- 08.10.2026 [13:12]