“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb
London, 8 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın onlayn moda platforması “Asos” kiberhücum nəticəsində müştərilərinə aid genişhəcmli şəxsi məlumatların hakerlərin əlinə keçdiyini bildirib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, şirkət əvvəlcə yalnız əsas əlaqə məlumatlarının ələ keçirilmiş ola biləcəyini açıqlasa da, sonradan məlumat sızmasının daha geniş miqyasda olduğu məlum olub. Hakerlərin müştərilərin adları, ünvanları, telefon nömrələri, elektron poçt ünvanları və müştəri nömrələri ilə yanaşı, onların “Asos” saytında apardıqları axtarışlar barədə məlumatları da əldə etdiyi bildirilir. Mütəxəssislər bu məlumatların dələduzlar tərəfindən daha inandırıcı fişinq məktubları və saxta telefon zəngləri hazırlamaq üçün istifadə oluna biləcəyi barədə xəbərdarlıq edirlər.
“Asos” müştərilərinə göndərdiyi məktubda məlumat profillərinin oğurlandığını təsdiqləyib, lakin bank rekvizitləri və parolların ələ keçirilmədiyini bildirib. Şirkət müştəriləri “Asos” adından göndərilən gözlənilməz mesaj və zənglərə qarşı diqqətli olmağa çağırıb.
Qeyd olunub ki, şirkət heç vaxt istənilməyən mesaj və ya zəng vasitəsilə parol, təhlükəsizlik kodu və ya ödəniş məlumatı tələb etmir. “Asos” məlumat sızmasının neçə müştəriyə təsir etdiyi barədə açıqlama verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [10:32]
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
- 29.10.2026 [10:17]
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
- 29.10.2026 [09:25]
Yaponiya Şimali Koreyanın ballistik raket buraxdığını ehtimal edir
- 29.10.2026 [07:19]
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
- 29.10.2026 [06:44]
Flaviu Bolsonaro özünü Braziliyanın seçilmiş prezidenti elan edib
İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir
- 28.10.2026 [23:27]
Çində korrupsiyaya nəzarət edən keçmiş məmur haqqında edam qərarı verilib
- 28.10.2026 [21:51]
BIAF-2026: İncəsənət bayramı paytaxta qayıdıb
- 28.10.2026 [21:38]
Masallıda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
- 28.10.2026 [21:19]
Çempionlar Liqası: "Araz-Naxçıvan" məğlub olub
- 28.10.2026 [21:11]
"Kəpəz" Azərbaycan Kubokunda 1/8 finala yüksəlib
- 28.10.2026 [20:56]
Bu saata olan əsas xəbərlər
- 28.10.2026 [20:00]
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
- 28.10.2026 [19:54]
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
- 28.10.2026 [19:40]
Azərbaycan voleybol klubu Danimarkada qələbə qazanıb
- 28.10.2026 [19:23]
İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib
- 28.10.2026 [19:01]
"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır
- 28.10.2026 [19:00]
Bakı beynəlxalq dialoqun və əməkdaşlığın mühüm platformasıdır ŞƏRH
- 28.10.2026 [18:58]
Azərbaycan XİN İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib
- 28.10.2026 [18:50]
“Frontex” sosial şəbəkələrdə miqrasiya ilə bağlı paylaşımları izləyəcək
- 28.10.2026 [18:47]
Süd vəzi xərçəngi: elmdən həyata - BDU-da maarifləndirici tədbir
- 28.10.2026 [18:43]
Şri-Lanka təmsilçisi: Bakı Forumu dialoq üçün mühüm platformadır
- 28.10.2026 [18:32]
TÜRKPA-nın Baş katibi Türkiyədə bir sıra görüşlər keçirib
- 28.10.2026 [18:23]
Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasını imzalayıb
- 28.10.2026 [18:03]
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
- 28.10.2026 [17:57]
Azərbaycan Kuboku: “Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli olub
- 28.10.2026 [17:56]