Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
Qahirə, 8 oktyabr, AZƏRTAC
Mərakeşin Mərrakeş şəhərində yerləşən Kral Silahlı Qüvvələrinin aviabazasında VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, oktyabrın 10-dək davam edəcək sərgidə 27 ölkəni təmsil edən 200-ə yaxın şirkət və qurum iştirak edir.
Budəfəki sərgi dünyanın aparıcı aviasiya və müdafiə sənayesi şirkətlərinin iştirakı ilə diqqət çəkir. Tədbirdə “Lockheed Martin”, “L3Harris”, “Airbus”, “Boeing” və “Safran” kimi beynəlxalq şirkətlərlə yanaşı, yerli aviasiya sənayesinin nümayəndələri də iştirak edirlər.
Sərgi Mərakeşdə aviasiya sənayesinin inkişafını və fəaliyyət istiqamətlərinin şaxələndirilməsini nümayiş etdirmək baxımından mühüm platforma kimi qiymətləndirilir. Burada mühəndislik, texniki xidmət, inteqrasiya olunmuş elektronika, rəqəmsallaşma, eləcə də tədqiqat və inkişaf sahələrində əldə olunan imkanlar təqdim olunur.
Sərgi çərçivəsində Mərakeşdə pilotsuz uçuş aparatlarının istehsalı və digər aviasiya sahələrində əməkdaşlıq üzrə sazişlər imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]