Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
London, 8 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Şərqi Qüdsdə yerləşən konsulluğunda çalışan diplomatların əksəriyyəti ölkəni tərk edəcək.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar sosial şəbəkədə bildirib ki, baş konsul da daxil olmaqla 20 diplomat ölkədən gedəcək, yalnız yeddi nəfərdən ibarət qrup məhdud fəaliyyət çərçivəsində binada qala biləcək.
Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband isə bəzi əməkdaşların təhlükəsizlik səbəbindən müvəqqəti olaraq geri çağırıldığını bildirib. O vurğulayıb ki, diplomatik nümayəndəlik bağlanmayacaq və “Böyük Britaniya missiyası” kimi fəaliyyətini davam etdirərək Fələstin xalqı ilə işləyəcək.
İsrail sentyabr ayında Böyük Britaniyanın İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalar tətbiq etməsinə cavab olaraq konsulluğun bağlanacağını açıqlamışdı. Britaniya hökuməti son tarixdən əvvəl İsraili bu qərardan daşındırmağa çalışsa da, nəticə əldə olunmayıb.
Qeyd edək ki, Konsulluq Böyük Britaniyanın İsraillə əsas diplomatik əlaqələrinin həyata keçirildiyi Təl-Əvivdəki səfirlikdən ayrıca fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]
“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb
- 08.10.2026 [13:54]
Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb
- 08.10.2026 [13:50]
Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var
- 08.10.2026 [12:57]