Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib
Tbilisi, 8 oktyabr, AZƏRTAC
Şərq-Qərb E70 beynəlxalq avtomagistralının Gürcüstandan keçən Qriqoleti-Kobuleti hissəsinin tikintisi davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.
Bildirilir ki, yolun 11 kilometrlik hissəsi artıq nəqliyyatın hərəkəti üçün açılıb, qalan 3 kilometrlik hissədə isə işlər aktiv şəkildə davam etdirilir. Layihəyə 14 kilometr uzunluğunda dördzolaqlı asfalt-beton yolun, 22 körpü keçidinin, 4 nəqliyyat qovşağının, su borularının və yeraltı keçidlərin tikintisi daxildir.
Qriqoleti-Kobuleti dolama yolunun tikintisi Avropa İnvestisiya Bankı (EIB) ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir və layihənin dəyəri 228 milyon laridir. Layihə başa çatdıqdan sonra Samtredia-Qriqoleti yolu Kobuleti dolama yolu ilə birləşdiriləcək və Qriqoletidən Kobuletiyə nəqliyyat axını sürətli yol boyunca hərəkət edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
- 08.10.2026 [11:38]
Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir
- 08.10.2026 [11:36]
Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb
- 08.10.2026 [11:19]