Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Bakı, 8 oktyabr, AZƏRTAC

“Alina böyüyəcək, biz də səninlə hansısa bir həyət evində qocalana qədər yaşayacağıq və bağçamız da olacaq”. Denis Əliyev gələcəyini belə arzulayırdı. O, həyət evində ailəsinin, qızının və öz əlləri ilə əkdiyi ağacların yanında adi, sakit bir həyat təsəvvür edirdi. Lakin bu arzunu həyata keçirmək ona nəsib olmadı.

Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Denis Əliyevin həlak olmasından altı il ötür. Həyat yoldaşı Aynurə Əliyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində onunla bağlı xatirələrini bölüşüb.

Denis Aleksandroviç Əliyev-Pronin 1989-cu il mayın 26-da Bakıda anadan olub. O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. Oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə həlak olub. Paytaxtın Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

“O, hamıya, hətta tanımadığı insanlara belə kömək etməyə çalışan bir insan idi. Çox ünsiyyətcil idi. Qonşuları, tanışları onun haqqında həmişə müsbət danışırdılar. Hamı onu həmişə kömək etməyə hazır olan şəxs kimi xatırlayır”, – deyə Aynurə Əliyeva söyləyir.

Ailəsi onun həyatında xüsusi yer tuturdu. Aynurənin sözlərinə görə, qızının dünyaya gəlməsi Denisi çox dəyişmişdi.

“Qızı, yəqin ki, onun üçün həyatda ən vacib şəxs idi. Alina dünyaya gələndə o, çox dəyişdi. Dünyagörüşü dəyişdi. Daha ciddi, daha məsuliyyətli oldu. Uşağa görə məsuliyyət hissini dərhal dərk etdi”, – deyə o bildirir.

Denis qızının necə böyüdüyünü görməyi, həyat yoldaşı ilə birlikdə qocalığını bağçasının olacağı həyət evində keçirməyi arzulayırdı. O, əkib-becərməyi sevirdi.

“Kəndimizdə kiçik torpaq sahəsi olan evimiz var. O, orada çinarlar, qızılgüllər əkmişdi. Ona görə də deyirdi: “Mən öz ağacımı əkmişəm”, – deyə Aynurə danışır.

Onun sözlərinə görə, bu dedikləri Denis üçün həyata münasibətinin özünəməxsus ifadəsi idi. Ağac, övlad, ailə – insanın özündən sonra qoyub getdiyi və ondan sonra da yaşamağa davam edən dəyərlərdir.

Denisin iş həyatı asan olmayıb. Onun daimi iş yeri olmayıb, belə ki, gah sürücülük edərək əlavə qazanc əldə edib, gah da qaynaqçı işləyib. Peşəsini özü öyrənib. Qaynaq işini yaxşı bilirdi. Lakin diplomunun olmaması onun daimi işə düzəlməsinə mane olurdu: “Mən ona deyirdim: “Get, oxu, ali təhsil al”. O cavab verirdi: “Yox, artıq oxumağa utanıram”.

Bir dəfə Denis pensiyaya qədər yaşamayacağını deyib. Aynurə bu sözlərə xüsusi əhəmiyyət verməyib və onun hələ edəcəyi çox işinin olduğunu, uşağı böyüdüb ayağa qaldırmaq lazım gəldiyini deyib. “Bilmirəm, bəlkə də nə isə hiss edirdi. Deyirdi ki, çox yaşamayacaq. Belə fikirləşirdi ki, bu günlə yaşamaq lazımdır”, – deyə Aynurə söyləyir.

Onun sözlərinə görə, müharibə başlayanda Denis kənarda sakit qala bilməzdi. O, könüllü olaraq cəbhəyə yollanıb və Vətənin müdafiəsini özü üçün borc hesab edib. Onun üçün vətənpərvərlik yalnız sözdə deyildi: həmin vaxt ölkəyə lazım olacağı yerdə olmaq istəyirdi.

Müharibə başlayanda Denis əvvəlcə təlimlərə qatılmışdı. Lakin bir həftə sonra vəziyyətin tamamilə başqa cür inkişaf etdiyi məlum oldu.

“Onun qaçmaq, gizlənmək və ya başqa bir şey etmək kimi fikri yox idi”, – deyə həyat yoldaşı qeyd edir.

Həmin günlərdə onunla tez-tez telefon əlaqəsi yaratmaq mümkün olmurdu. Denisin telefonu yox idi, buna görə də bəzən başqasının mobil telefonundan zəng edirdi. Son söhbətlərindən birində artıq səngərdə olduğunu deyib.

Aynurənin yaddaşında onun sonuncu zəngi xüsusilə qalıb. Denis ondan qızının doğum günü üçün hədiyyə və tort almağı xahiş edib. “Orada vəziyyət necədir?” sualına isə vəziyyətin ağır olduğunu deyib. “Adətən çox pozitiv insan idi, amma son günlər onun əhvalının olmadığı müşahidə edilirdi”, – deyə o xatırlayır.

Oktyabrın 8-də ailəsinə Denisin həlak olduğu barədə məlumat verilib. Elə həmin axşam onun cənazəsi evə gətirilib.

Bu gün onun xatirəsi yalnız ailəsində anılmır. Aynurənin sözlərinə görə, Denisin doğum günündə və ölümünün ildönümündə yerli icra hakimiyyətinin nümayəndələri ailəyə baş çəkirlər. Milli Azərbaycan Tarixi Muzeyində həyat yoldaşının təqdim etdiyi şəhidə məxsus şəxsi əşyalar – təsbeh, müxtəlif ölkələrin poçt markalarından ibarət kolleksiyanın yer aldığı albom, onun mülki və hərbi geyimdə çəkilmiş fotoşəkilləri, “Vətən uğrunda” medalının vəsiqəsi, ölüm haqqında şəhadətnamə və alışqan saxlanılır.

Denis Əliyev haqqında materiallar muzey tərəfindən nəşr olunan “Böyük Qələbənin qəhrəmanları” kataloquna da daxil edilib. Onun haqqında xatirə kitabı, həmçinin qızına etdiyi sonuncu zəngə həsr olunmuş uşaq hekayəsi nəşr olunub. Həmin gün Denis Alinanı doğum günü münasibətilə təbrik etmək üçün ona zəng edib. Bu söhbət ailənin onunla bağlı son xatirələrindən birinə çevrilib.

Ailədə Denisin Alina ilə birlikdə çəkdirdiyi çoxsaylı fotoşəkillər qorunub saxlanılır. Aynurənin sözlərinə görə, Denis özü də ən çox məhz qızı ilə birlikdə şəkil çəkdirməyi sevirdi.

Denisin döyüş yoldaşları ilə birlikdə sığınacaqda çəkilmiş videosu da var. Cəbhəyə yollanmazdan əvvəl onun çəkisi təxminən 120 kiloqram olub. Denis yaxşı yeməyi, xüsusilə kababı sevirdi, yaxınları ilə birlikdə süfrə arxasında oturmağa böyük dəyər verərdi.

Aynurə videoda onun nə qədər arıqladığını görüb. Denis ona yazırdı ki, demək olar, heç nə yeyə bilmir və bu yeməklərə alışmayıb.

Göstərdiyi şücaətə görə Azərbaycan Prezidentinin 2026-cı il 25 iyun tarixli Sərəncamı ilə Denis Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəsinin xatirəsində onun ev, bağ və yanında böyüməsini görmək istədiyi qızı ilə bağlı arzuları yaşayır. Həmçinin onun vaxtilə söylədiyi sadə bir ifadə: “Mən öz ağacımı əkmişəm”.

Oktyabrın 8-də Əliyevlər ailəsi yenidən Denisi yad edəcək. İtkinin ağrısı ilə yanaşı, onun fotoşəkilləri, əşyaları və Denisi sağlığında tanıyan insanların xatirələri də yaşamaqda davam edəcək.

Müxbir – Lalə Minasazova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub

Bu saata olan əsas xəbərlər

Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır

Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH

Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq

Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir - ŞƏRH

Professor: Fransa ilə Almaniyada etirazlar sosial-iqtisadi çağırışların və ictimai etimad məsələlərinin aktuallığını göstərir

Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib

Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

® Kino biletləri də “ABB mobile” tətbiqində

Siyasi şərhçi: Avropada artan sosial narazılıq hökumətlərin böhranı idarə etmək qabiliyyətini sınağa çəkir

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb

® “Expressbank” Bərdədə 300 ağac əkib

Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq

Baş katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Fransada kütləvi etirazlar Makron hakimiyyətinin idarəçilik böhranının göstəricisidir - ŞƏRH

Məlahət İbrahimqızı: Ulu Öndərin zəngin siyasi irsi Türk dünyasının tarixində mühüm yer tutur

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin diqqətinə çatdırılıb

Daşkənddə Qazaxıstan futbolçularının kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar

Vışeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir

Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ

Qəlbindəki nur ilə seçilən azərbaycanlı

“Liverpul”un futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq

Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq

® “Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Qazi Bəbir Qasımov: Vətən müharibəsində tarixi ədalət öz yerini tapdı

Ursula Fon der Lyayen: Hörmüz böhranı Avropa üçün 127 milyard avro əlavə xərc yaradıb

“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

® “Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Azərbaycan Dəmir Yolları” yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Tarixi yaşatmaq üçün onu gələcək nəsillərə ötürmək lazımdır”- Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov

Futbol üzrə Asiya Kuboku turniri regional gərginlik səbəbindən təxirə salınıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO

Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO

İraqda xlor qazının sızması nəticəsində 52 məktəbli qız zəhərlənib

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Kamilə Dadaş-zadə: Festival aşıq sənətinin ənənələrinin yaşadılmasına xidmət edir

® “Rabitəbank” Xankəndidə sahibkarlarla görüş keçirib

UNICEF Ukrayna və Myanmada uşaqların təhsili və təhlükəsizliyinə artan təhdidlər barədə xəbərdarlıq edir

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır VİDEO

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır VİDEO

Fransa və Almaniyada etirazlar: Avropanın siyasi, iqtisadi və sosial modelinin sınağı - ŞƏRH

® “Azercell“in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Bahadur Rzayev: Dövlət tibb müəssisələrinin kadr potensialının gücləndirilməsi əsas istiqamətlərdəndir VİDEO

Bahadur Rzayev: Dövlət tibb müəssisələrinin kadr potensialının gücləndirilməsi əsas istiqamətlərdəndir VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş olub

“Balaca səyyah” premyeraya hazırlaşır

Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub

Dialoq, multikulturalizm və multikultural dəyərlərin qarşılıqlı əlaqəsi - ŞƏRH

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Əbu-Dabidə üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək

Qırğız ekspert Paris və Berlindəki iğtişaşların Aİ-nin qlobal ambisiyalarına mənfi təsirindən bəhs edib  - ŞƏRH

Şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib

® “PAŞA Real Estate Qrup”un nümayəndələri Daşkənd şəhərinin meri ilə görüşüblər

Vətən müharibəsi şəhidi Rövşən Nurzadənin xatirəsi anılıb

Sürücülər və operatorların məsul şəxsləri üçün keçirilən imtahanların nəticələri açıqlanıb

Özünüməşğulluq proqramı: Azad olunmuş ərazilərdə 1224 nəfər üçün kiçik təsərrüfatlar yaradılıb VİDEO

Özünüməşğulluq proqramı: Azad olunmuş ərazilərdə 1224 nəfər üçün kiçik təsərrüfatlar yaradılıb VİDEO