Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 7 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.
ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib.
Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir.
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib.
Aqrar sahə haqqında qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb.
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir.
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb.
Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır.