Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
Kiyev, 7 oktyabr, AZƏRTAC
Ukrayna “Ukraine Support Loan” proqramı çərçivəsində Avropa İttifaqından daha 1,2 milyard avro alıb.
Bu barədə AZƏRTAC Ukraynanın Baş naziri Sergey Koretskinin “Telegram” kanalına istinadla xəbər verir.
Baş nazirin sözlərinə görə, vəsait ilk növbədə müdafiə ehtiyaclarına yönəldiləcək.
Ukrayna proqram çərçivəsində əldə etdiyi bu tranşla birgə artıq təxminən 13 milyard avro məbləğində müdafiə maliyyələşməsi alıb.
“Avropalı tərəfdaşlarla işi davam etdiririk ki, nəzərdə tutulan maliyyələşmənin qalan hissəsi vaxtında və tam həcmdə təqdim olunsun”, – deyə Koretski bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]