Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada sloveniyalı Naçe Herkoviçi məğlub edib.
Eyni çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev isə 1/4 finalda belçikalı Matias Cesseyə qalib gələrək adını yarımfinala yazdırıb.
Daha əvvəl Vüsal Qələndərzadə (81 kiloqram) 1/8, Anna Zaytseva (63 kiloqram) 1/16 final mərhələsində rəqiblərinə uduzaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 2 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) isə bürünc mükafat qazanıb. Mundiala oktyabrın 11-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]