Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir
Antalya, 7 oktyabr, AZƏRTAC
Türkiyədə keçirilən Beynəlxalq Astronavtika Konqresində olmaq, belə bir beynəlxalq səviyyəli tədbirə elmi məqalə təqdim etmək mənim üçün böyük əhəmiyyət daşıyır. Tədqiqatım raket konstruksiyalarında yaranan əsas zədələnmələr və onların aradan qaldırılması imkanlarının araşdırılması üzərində qurulub. Burada bu istiqamətdə yeni yanaşmalarla tanış oluram.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Antalyada davam edən 77-ci Beynəlxalq Astronavtika Konqresində iştirak edən Milli Aviasiya Akademiyasının aerokosmik mühəndisliyi ixtisası üzrə tələbəsi Nigar Həsənzadə ifadə edib.
Konfransda iştirak etdiyim üçün çox şad olduğunu bildirən Nigar deyib: “İlk dəfədir ki, müxtəlif texniki və aviasiya universitetləri ilə bu qədər yaxından tanış olmaq, onların fəaliyyəti və elmi istiqamətləri barədə məlumat əldə etmək imkanı qazanmışam. Mənim üçün bu imkanı yaradan bütün qurumlara təşəkkürümü bildirirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:53]
Hərracda 12 nəqliyyat vasitəsi satılıb
- 07.10.2026 [14:07]
Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb
- 07.10.2026 [13:43]