Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir
Bakı, 7 oktyabr, AZƏRTAC
Avropa çempionatının seçmə mərhələsində çox maraqlı və gərgin matçlar keçirdik. Qrupda güclü rəqiblərin olduğunu bilirdik. Buna baxmayaraq, hər oyunda öz futbolumuzu oynamağa və maksimum nəticə qazanmağa çalışdıq. Şükürlər olsun ki, bunun öhdəsindən gəldik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Ağadadaş Salyanski seçmə mərhələni ilk dəfə olaraq 10 xalla başa vurmaları ilə bağlı danışarkən deyib.
“Bildiyiniz kimi, U-21 tarixində qrup mərhələsində ən çox xal 9 olub. Biz isə dünən bu rekordu yeniləyərək ümumilikdə 10 xal topladıq. Bizim üçün çox qürurverici və gözəl hissdir. Düşünürəm ki, gələcəkdə də bu tarix həmişə yaddaşımızda qalacaq. Dünənki qarşılaşmadan əvvəl 7 xalımız var idi və bu, bizim son oyunumuz idi. Mütləq şəkildə qələbə qazanmalı idik. Rəqibin kimliyindən asılı olmayaraq, hər oyuna eyni cür hazırlaşırıq, heç bir rəqibdən çəkinmirik. Şükürlər olsun ki, dünən də qələbə qazandıq. Qalibiyyətə vurduğum qollarla töhfə verdiyim üçün çox sevincliyəm. Amma bu uğur təkcə mənim əməyim deyil. Burada bütün futbolçuların və məşqçi heyətinin böyük əziyyəti var. Çünki biz həmişə bir olmuşuq. Komandada birlik, ailə ab-havası olanda gözəl nəticələr qazanmaq mümkündür. Biz də buna nail olduq”, - deyə futbolçu bildirib.
Qeyd edək ki, Rəşad Eyubovun başçılıq etdiyi kollektiv son matçda evdə Cəbəllütariqi 3:0 hesabı ilə məğlub edib.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]