Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan jurnalistlərinin IX qurultayının keçirilmə tarixi oktyabrın 15-dən oktyabrın 16-na dəyişdirilib.
Mətbuat Şurasından AZƏRTAC-a bildirilib ki, bu qərar hazırlıq işlərinin daha səmərəli şəkildə aparılması zərurətindən irəli gəlir.
Təşkilat Komitəsi Mətbuat Şurasına (MŞ) üzv təşkilatalara qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinə namizədlərin verilməsi prosesini sürətləndirməyə, bunun üçün MŞ-nin “presscouncil.az” veb-saytındakı “Azərbaycan jurnalistlərinin IX qurultayı” bölməsində yerləşdirilmiş təlimatı yerinə yetirməyə (anketləri dolduraraq şəxsən Mətbuat Şurasına çatdırmaq və ya [email protected] elektron ünvanına göndərmək) çağırır.
Nümayəndələrin və namizədlərin verilməsi prosesi oktyabrın 12-də başa çatacaq.
Qurultay Rəşid Behbudov adına Mahnı Teatrında oktyabrın 16-da saat 09.00-da işə başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:17]
Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir
- 07.10.2026 [12:57]