Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Bakı, 7 oktyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 10 və 11 oktyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
ADY-dən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:37]
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb
- 07.10.2026 [11:27]