Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir
Bakı, 7 oktyabr, AZƏRTAC
“Aqrar sahə haqqında” qanun layihəsinin qəbul edilməsi bu sahədə inkişafa böyük təkan verəcək. Həmçinin qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının da inkişafına müsbət təsir göstərəcək.
AZƏRTAC xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyev Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsinə dair ictimai dinləmədə çıxışı zamanı deyib.
O qeyd edib ki, aqrar sahədə yeni qanunun qəbul olunması nəticəsində “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir. Hazırda bitki sağlamlığı sahəsində zərərvericilərə qarşı və xüsusi təhlükəli orqanizmlərə qarşı mübarizə tədbirləri həm AQTA, həm də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra olunur. Bunun hüquqi əsası isə “Fitosanitar nəzarəti haqqında” Qanundan irəli gəlir.
“Bitki mühafizə tədbirlərinin icrası ilə bağlı məsələlərə xüsusi diqqət edilməlidir. Düşünürəm ki, bitki mühafizə tədbirlərinin icrası ilə bağlı mexanizmdə hər hansı boşluq olmamalıdır. Çünki son fitosanitar vəziyyətlərin təhlili zamanı zərərvericilərə qarşı mübarizə tədbirlərinin aktuallaşdığı müşahidə olunur. Bu baxımdan xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin “Fitosanitar nəzarəti haqqında” Qanundan istisna edilməməsi, həmçinin sözügedən proseslə mübarizə tədbirlərinin aqrar xidmətlər çərçivəsində icra olunması məsələsinə baxılmasını xahiş edirəm”, - deyə sədr müavini bildirib.
Fotoqraf - Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:23]
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
- 07.10.2026 [12:07]
Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir
- 07.10.2026 [11:41]
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- 07.10.2026 [11:37]
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb
- 07.10.2026 [11:27]