BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin Birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanatla çıxış edib.
AZƏRTAC xəbər verir ki, Şəhriyar Hacıyev 1990-cı illərin əvvəllərində itkin düşmüş 4000-dən çox insandan 71 uşağın taleyi və olduğu yerin münaqişədən sonrakı dövrdə Azərbaycan üçün ciddi humanitar narahatlıq olaraq qaldığını diqqətə çatdırıb. Eyni zamanda, qeyd olunub ki, genişmiqyaslı mina çirklənməsi uşaqlar da daxil olmaqla insanların həyatını təhdid edən növbəti problemdir.
O bildirib ki, 1990-cı illərdən bəri qəsdən basdırılmış minalar uşaqlar və gənclər də daxil olmaqla 3400-dən çox insanın həyatına son qoyub və ya ağır yaralanmasına səbəb olub. Bu humanitar narahatlıqlar görülən milli tədbirlərlə yanaşı, beynəlxalq əməkdaşlığın da gücləndirilməsini tələb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:06]
Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
- 07.10.2026 [00:11]
XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:37]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [20:00]