Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq
Bakı, 7 oktyabr, AZƏRTAC
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş” çərçivəsində 2026-2027-ci tədris ili üzrə 8 Tacikistan vətəndaşı ölkəmizin ali məktəblərində təhsil almaq hüququ qazanıb.
Bu barədə AZƏRTAC-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Tacikistan vətəndaşları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Tibb Universitetində bakalavriat və magistratura səviyyələrində təhsil alacaqlar. Təhsil proqramları humanitar və sosial, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə, eləcə də əsas (baza ali) tibb təhsili ixtisas istiqamətlərini əhatə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:11]
AzTU rektoru Türkiyədə 2026–2027-ci tədris ilinin açılışında iştirak edib
- 07.10.2026 [10:11]
ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub
- 06.10.2026 [18:32]
“Qəlbin simfoniyası” - bəstəkar Fikrət Əlizadənin yubiley gecəsi
- 06.10.2026 [18:16]
Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib
- 06.10.2026 [17:45]