AzTU rektoru Türkiyədə 2026–2027-ci tədris ilinin açılışında iştirak edib
Bakı, 7 oktyabr, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyədə 2026–2027-ci tədris ilinin açılış mərasimi keçirilib.
Türkiyənin Prezident Kompleksində təşkil olunan tədbirdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev də iştirak edib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar son illər ərzində ali təhsil sahəsində əldə olunan uğurlar və beynəlxalq əməkdaşlıqlardan danışıb.
E.Özvar türk ali təhsilinin beynəlmiləlləşməsində yeni mərhələyə keçidi vurğulayaraq, universitetlərin akademik potensialının ortaq universitetlər, xaricdə həyata keçirilən proqramlar, tələbə və akademik heyətin mobilliyi, eləcə də tədqiqat əməkdaşlıqları vasitəsilə dünya ilə əlaqələndirildiyini söyləyib. O, buna misal olaraq son illər Bakıda fəaliyyətə başlayan Türkiyə-Azərbaycan Universitetini və digər Türk dünyası universitetlərini göstərib.
Tədbir mükafatlandırma mərasimi ilə başa çatıb.