Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Bu ilin sentyabr ayında kirayə xidmətində olan mikromobillik vasitələrindən istifadə üzrə rekord göstəricilər qeydə alınıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, ay ərzində mikromobillik vasitələri 547 min 758 dəfə sifariş olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 faizdən çox artım deməkdir.
Həmçinin ötən ay velosiped və skuterlərdən 264 min 50 nəfər istifadə edərək 2 milyon 647 min 688 kilometr məsafə qət edilib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə mikromobillik vasitələrindən istifadə edənlərin sayı 19 faiz, qət edilən məsafə isə 98 faizdən çox artıb.
Bu rəqəmlər indiyədək qeydə alınmış ən yüksək nəticədir.