Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib.
AZƏRTAC Moldpres informasiya agentliyinə istinadla xəbər verir ki, Milli Ordunun Hava Əməliyyatları Xidməti bunu yerli vaxtla saat 08:43-də müəyyən edib. Uçuş obyekti bir dəqiqə sonra Ukraynanın Limansk şəhərinə istiqamətlənərək Moldova ərazisini tərk edib.
Bildirilib ki, Moldova tərəfi hava məkanını müvafiq qurumlar və tərəfdaşlarla birlikdə izləməyə davam edir.
Qeyd edək ki, hadisə Rusiyanın Ukraynaya qarşı gecə saatlarında həyata keçirdiyi genişmiqyaslı raket hücumu fonunda baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [19:01]
İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib
- 28.10.2026 [18:47]
“Frontex” sosial şəbəkələrdə miqrasiya ilə bağlı paylaşımları izləyəcək
- 28.10.2026 [17:57]
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
- 28.10.2026 [17:32]