Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
Bakı, 7 oktyabr, AZƏRTAC
Beynəlxalq Cüdo Federasiyasının (BCF) səfiri, gimnastika üzrə beşqat Olimpiya çempionu Nadya Komaneçi Bakıda keçirilən cüdo üzrə dünya çempionatının iştirakçılarına videomüraciət ünvanlayıb.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, o, idmançı təcrübəsinə istinad edərək böyük nailiyyətlərin əsasında nizam-intizam, cəsarət və əzmkarlığın dayandığını vurğulayıb.
Komaneçi mundialda mübarizə aparan cüdoçulara səslənib: “Bakıda yarışan bütün idmançılara demək istəyirəm: qürurla mübarizə aparın, rəqiblərinizə hörmət edin və tatamidə əlinizdən gələni əsirgəməyin. Medallarla yanaşı, nümayiş etdirdiyimiz xarakter və gələcək nəslə verdiyimiz ilham da yadda qalır”.
Beşqat Olimpiya çempionu müraciətinin sonunda bütün iştirakçılara unudulmaz dünya çempionatı arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır
- 07.10.2026 [08:18]