Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərpoçt” MMC-nin ev sahibliyi ilə “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Avropanın poçt operatorlarının, Ümumdünya Poçt İttifaqının və digər beynəlxalq tərəfdaşların nümayəndələri iştirak edirlər.
Baş Assambleyanın açılışında “PostEurop”un sədri Elena Fernandez-Rodriguez çıxış edərək bildirib: “Avropanın poçt operatorları birgə fəaliyyət göstərdikdə daha güclü olurlar. Növbəti iki gün ərzində şəbəkəmizin dayanıqlılığını gücləndirmək, innovasiyaları inkişaf etdirmək və poçt xidmətlərinin vətəndaşlara, bizneslərə və icmalara dəstək göstərməkdə mühüm rolunu möhkəmləndirmək yollarını müzakirə edəcəyik. Əməkdaşlıq, bilik mübadiləsi və birgə fəaliyyət vasitəsilə “PostEurop”un hamı üçün dayanıqlı və etibarlı Avropa poçt xidmətini təşviq etmək missiyasına dəstək verir, sektorumuzun aktuallığını qorumasını, dəyişikliklərə uyğunlaşmasını və gələcəyə hazır olmasını təmin edirik”.