Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir
Bakı, 7 oktyabr, AZƏRTAC
“Aqrar sahə haqqında” qanun layihəsinin hazırlanmasının əsas məqsədi aqrar sahənin rəqabət qabiliyyətini, investisiya cəlbediciliyini və ixrac potensialını yüksəltməkdir. Dəstək mexanizmini təkmilləşdirmək, insan resurslarını hazırlamaq, heyvan və bitki sağlamlığını qorumaq, iqtisadi fəaliyyəti şaxələndirmək başlıca istiqamət kimi götürülür.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev oktyabrın 7-də “Aqrar sahə haqqında” qanun layihəsinə dair ictimai dinləmədə çıxış zamanı deyib.
O bildirib ki, layihədə aqrar sahənin inkişafı dövlət siyasətinin formalaşdırılması, dövlət nəzarətinin təşkili və həyata keçirilməsi vacib sayılır. Təbii resursların, torpaqların və suyun qorunması, ekoloji tarazlığın gözlənilməsi, heyvandarlıq və heyvan sağlamlığı, aqro xidmətlərin göstərilməsi dövlət organlarının birgə fəaliyyətini zərurətə çevirir və bu təbiidir.
Çünki aqrar sektor çətin və məsuliyyətli bir sahədir. O, çevik idarəetmə, qarşılıqlı əlaqələr və münasibətlər tələb edir.
Fotoqraf - Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:21]
ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır
- 07.10.2026 [11:12]
FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO
- 07.10.2026 [11:02]
Aqrar Subsidiya Şurası yaradılacaq
- 07.10.2026 [10:58]
Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir
- 07.10.2026 [10:55]
Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb
- 07.10.2026 [10:53]