Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır
Bakı, 7 oktyabr, AZƏRTAC
Poçt sektorunda məktub göndərişlərinin həcminin azalması fonunda elektron ticarət və maliyyə xidmətləri poçt operatorları üçün yeni imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Poçt İttifaqının (UPU) baş direktoru Masahiko Metoki deyib.
O bildirib ki, rəqəmsallaşma və dəyişən müştəri gözləntiləri poçt operatorlarını öz fəaliyyətlərini yenidən nəzərdən keçirməyə vadar edir: “Bu, yalnız dəyişiklik deyil, reallıqdır. Məktub göndərişlərinin həcmi azalır. Eyni zamanda, elektron ticarətin imkanlarından istifadə edə bilərik. Bağlamaların sayı isə artır və bəzi hallarda məktub göndərişlərinin azalmasını kompensasiya edir”.
Baş direktor poçt operatorlarının ənənəvi xidmətlərlə yanaşı, yeni xidmət istiqamətlərinə də diqqət yetirməsinin vacibliyini qeyd edib: “Digər həll yollarından biri maliyyə xidmətləridir. Ümid edirəm ki, bütün üzv ölkələr və poçt operatorları dünyadakı mövcud fiziki poçt şəbəkəsindən daha fəal istifadə edəcəklər”.
M.Metoki əlavə edib ki, poçt infrastrukturunun mövcud imkanlarından daha səmərəli istifadə etmək üçün dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi də vacibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:23]
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
- 07.10.2026 [12:07]
Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir
- 07.10.2026 [11:41]