Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hərəkət iştirakçılarına maraciət edib.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 7-si saat 15:00-dan etibarən Binəqədi rayonunun Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində, Sabunçu rayonunda Zabrat–Maştağa şossesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsi Akademiyasının qarşısına qədər olan hissəsində, hər iki istiqamət üzrə təmir işləri aparılacaq.
Təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:26]
Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır
- 07.10.2026 [12:23]
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
- 07.10.2026 [12:07]
Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir
- 07.10.2026 [11:41]
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- 07.10.2026 [11:37]
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb
- 07.10.2026 [11:27]