Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycanda oktyabrın 8-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:34]
Ov mövsümü açıq elan edilir
- 07.10.2026 [09:58]
Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA
- 06.10.2026 [18:02]
Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb
- 06.10.2026 [15:31]
Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO
- 06.10.2026 [13:00]
Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO
- 06.10.2026 [10:11]
Ən çox yağıntı Astaraya düşüb - faktiki hava
- 06.10.2026 [09:30]
Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür
- 05.10.2026 [17:17]