Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb
Bakı, 6 oktyabr, AZƏRTAC
"Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində oktyabrın 6-da Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib.
O qeyd edib ki, layihə çərçivəsində Ağgöl Milli Parkının ərazisinə 33 baş ceyran buraxılıb və hazırda onların sayı təbii artımla birlikdə 100 başa çatıb.
2010-cu ildən başlanılmış həmin layihə çərçivəsində bugünədək Şirvan Milli Parkından 450 baş ceyran götürülərək müxtəlif ərazilərə reintroduksiya olunub.