Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır
Quba, 4 noyabr, AZƏRTAC
Qubada yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun asfaltlanmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsaslı təmir olunan Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)–Çiçi–Səbətlər–Qənidərə–Sırt Çiçi–Təngəaltı avtomobil yolunun ümumi uzunluğu 26 kilometrdir. Dördüncü texniki dərəcəyə uyğun inşa olunan yolun eni 6 metr təşkil edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan əsaslı təmir işlərindən sonra ərazidəki yaşayış məntəqələrinin əhalisinin rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşacaq.
Müxbir – Elxan Yusifli