Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Kənd təsərrüfatı təyinatlı obyektlərdə və əsasən də artezianlarda Günəş panellərinin güzəştlə qurulması müzakirə olunur.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsinə dair ictimai dinləmədə çıxışı zamanı deyib.
Artezian quyularının istismarı ilə bağlı ortaya çıxan çətinliklərdən danışan nazir bildirib ki, bunun kökündə iqtisadi səbəblər dayanır.
“Elektrik enerjisi sərfiyyatı yüksək olduğundan artezian quyularının istismarı baha başa gəlir. Kənd Təsərrüfatı Nazirliyi həll yolu olaraq təklif irəli sürüb. Subsidiya Şurası da bununla bağlı qərar verib. 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı təyinatlı obyektlərdə, eləcə də artezianlarda Günəş panellərinin qurulmasına 50 faiz dövlət güzəşti tətbiq edəcək. Belə olan halda elektrik enerjisi xərcləri xeyli aşağı düşəcək”, - deyə nazir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:43]
ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb
- 07.10.2026 [13:15]
Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib
- 07.10.2026 [12:26]
Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır
- 07.10.2026 [12:23]