Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək
Antalya, 7 oktyabr, AZƏRTAC
Beynəlxalq Astronavtika Federasiyası ilə Özbəkistanın Kosmik Agentliyi arasında 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinin Özbəkistanın Səmərqənd şəhərində keçirilməsi ilə bağlı müqavilə imzalanıb. Bu, ölkəmiz üçün böyük uğurdur. Bu, mötəbər tədbir 2023-cü ildə Bakıda keçirildi və biz də həmin konqresdə iştirak etmişik. Tədbir çox möhtəşəm təşkil olunmuşdu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Özbəkistanın Kosmik Monitorinq və Geoinformasiya Texnologiyaları Mərkəzinin nümayəndəsi Fərhad Mahmudxujayev deyib.
“Bu konqres hər il keçirilir və dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələri bir araya gətirir. İndi isə 2028-ci ildə bütün tərəfdaşlarımızı, dostlarımızı, şirkətləri və kosmik agentlikləri Səmərqənddə keçiriləcək Beynəlxalq Astronavtika Konqresində görməyi səbirsizliklə gözləyirik”, - deyə o bildirib.
Qeyd edək ki, gələn il konqresin Polşada keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:07]
Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb
- 07.10.2026 [13:43]
ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb
- 07.10.2026 [13:15]