Hərracda 12 nəqliyyat vasitəsi satılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 6-da keçirilən hərracda 12 nəqliyyat vasitəsi satılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərracda start qiyməti 10 min manat olan “Kamaz” markalı yük avtomobili 33 min manata, ilkin qiyməti 14 min manat olan “Hyundai HB100” markalı ekskavator isə 28 min manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar oktyabrın 13, 20 və 27-də keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az saytlarından seçim edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:07]
Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb
- 07.10.2026 [13:43]
ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb
- 07.10.2026 [13:15]