Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
Praqa, 7 oktyabr, AZƏRTAC
Çexiya Avropa İttifaqının SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının məlumatına əsasən, ölkəyə 309 milyon avro, yəni 7,6 milyard çex kronu köçürülüb. Bu məbləğ Çexiyaya ayrılmış ümumi 2 milyard avroluq kreditin 15 faizini təşkil edir.
Vəsaitlərin əsas hissəsinin “Leopard 2A8” tanklarının və “Tatra T-815” ağır yük avtomobillərinin alınmasına yönəldilməsi nəzərdə tutulur. Kredit hesabına Çexiyadan keçən D11 tranzit avtomobil yolunun hərbi məqsədlərlə istifadəyə uyğunlaşdırılması da maliyyələşdiriləcək.
Avropa İttifaqı SAFE mexanizmini müdafiə sahəsinə investisiyalar və birgə satınalmalar üçün kredit imkanları yaratmaq məqsədilə təsis edib. Mexanizmin ümumi limiti 150 milyard avrodur.
Proqrama Çexiya da daxil olmaqla 19 Aİ ölkəsi qoşulub. Kredit müraciəti əvvəlki hökumətin dövründə təqdim edilib, yeni hökumət isə sonradan müraciətə düzəlişlər edib.
Baş nazir Andrej Babiş sələflərini ayrılan vəsaitin az olması səbəbindən tənqid edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]