Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycanla Tərəfdaşlıq və Əməkdaşlıq sazişimiz 1996-cı ildə imzalanıb və həmin vaxtdan etibarən böyük nailiyyətlər əldə etmişik. Kənd təsərrüfatından biznesin inkişafına, səhiyyədən ətraf mühitə, təhsildən digər sahələrə qədər Azərbaycan xalqının faydalandığı yüzlərlə layihə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç "Avropada Təhsil” sərgisinə həsr olunan brifinqdə söyləyib.
O bildirib ki, Avropa İttifaqı 2008-ci ildən etibarən Azərbaycanın təhsil sektorunu dəstəkləyir. Həmin vaxtdan bəri 29 layihə reallaşdırılıb.
Avropanın ali təhsil müəssisələri bakalavr, magistr və doktorantura pillələrində təhsil almaq istəyən tələbələr üçün geniş imkanlar təqdim edir. Tələbələr Avropa İttifaqında akkreditasiyadan keçmiş 1700-dən çox kollec və universitet arasından seçim edə bilərlər. Minlərlə azərbaycanlı tələbə “Erasmus+” və digər mübadilə proqramları çərçivəsində Avropada təhsil alıb və ya hazırda təhsil almağı planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:29]
Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa
- 07.10.2026 [15:51]
Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub
- 07.10.2026 [15:31]