Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir
Kiyev, 7 oktyabr, AZƏRTAC
Ukrayna Azərbaycan tərəfinin davam edən həmrəyliyini və praktiki dəstəyini yüksək qiymətləndirir.
AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Telegram”da yazıb.
“Azərbaycanın daha bir həyati əhəmiyyətli enerji avadanlığı partiyası Ukraynaya göndərilir. Bura güclü transformatorlar, 186 kilometr uzunluğunda elektrik kabeli və enerji sistemimizin istilik mövsümü ərəfəsində dayanıqlılığının gücləndirilməsinə kömək edəcək digər avadanlıqlar daxildir. Ukraynanın yanında olduqlarına görə dostum nazirə və Azərbaycan xalqına səmimi təşəkkürümü bildirirəm”, – deyə Sibiqa əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev