Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Niderlandın “C. Steinweg Group” şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, xarici investorlar üçün yaradılmış imkanlar və investisiyaların təşviqi mexanizmləri barədə məlumat verilib.
Görüşdə kritik minerallar və logistika sahəsində əməkdaşlıq imkanları, eləcə də saxlama-anbar komplekslərinin yaradılması məsələləri müzakirə olunub.
Orta Dəhliz üzrə birgə layihələr və bu istiqamətdə infrastruktur imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]
“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb
- 07.10.2026 [14:53]