Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
Bakı, 7 oktyabr, AZƏRTAC
Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 166, 194, 505 və 506 nömrəli şəhərətrafı, Sumqayıt şəhəri üzrə 10V nömrəli şəhərdaxili, eləcə də Bakı-İmişli, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-Ağdam, Bakı-Kürdəmir, Sumqayıt-Qusar, Sumqayıt-Beyləqan, Sumqayıt-Ağsu, Mingəçevir-Gədəbəy, Mingəçevir-Qəbələ, Şəki-Oğuz, Qax-Gəncə, Balakən-Sumqayıt, Bərdə-Şəki, Qax-Şəki və Astara-Lənkəran şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, sənədlər noyabrın 5-i saat 17:00-dək AYNA-da qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
Qeyd:
- Sumqayıt-Ağsu marşrut xəttinin hərəkət sxemi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə müəyyən edilib.
- Balakən-Sumqayıt marşrut xəttinin günaşırı (bir gündən bir) olmaqla fəaliyyət göstərməsi nəzərdə tutulub.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-İmişli, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-Ağdam və Bakı-Kürdəmir istiqamətlərində 5 lot üzrə noyabrın 20-də;
Sumqayıt-Qusar, Sumqayıt-Beyləqan, Sumqayıt-Ağsu, Mingəçevir-Gədəbəy və Mingəçevir-Qəbələ istiqamətlərində 5 lot üzrə noyabrın 24-də;
Şəki-Oğuz, Qax-Gəncə, Balakən-Sumqayıt, Bərdə-Şəki və Astara-Lənkəran istiqamətlərində 5 lot üzrə noyabrın 27-də;
Paytaxtın 166 nömrəli (Maştağa qəsəbəsi – Naxçıvanski küçəsi), 194 nömrəli (Qobu Park yaşayış kompleksi – metronun “20 Yanvar” stansiyası), 505 nömrəli (Ceyranbatan qəsəbəsi – “Sədərək” ticarət mərkəzi – “Abşeron” ticarət mərkəzi), 506 nömrəli (Masazır kəndi – “Abşeron” ticarət mərkəzi – “Sədərək” ticarət mərkəzi) şəhərətrafı, Sumqayıt şəhərində 10V nömrəli (H.Z.Tağıyev qəsəbəsi (“Kosmonavt” yaşayış massivi – Sülh prospekti (mərkəzi bazar) şəhərdaxili və Qax-Şəki şəhərlərarası marşrutları üzrə 6 lotda dekabrın 1-də baxılacaq.