133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.
Təmir işləri yekunlaşanadək 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsində təyin edilib. 170 nömrəli marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təmin olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:20]