Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur
Bakı, 8 oktyabr, AZƏRTAC
Birinci Bakı Türkoloji Qurultayının 100 illiyi ilə bağlı ötən əsr ərzində çoxsaylı araşdırmalar aparılıb. Bu tədqiqatlarda türk birliyi, Türk dünyasına münasibət, ümumtürk dillərinin dialektləri və ədəbi dilləri arasında əlaqələr geniş şəkildə araşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunda çıxışı zamanı bildirib. Professor qeyd edib ki, aparılan araşdırmalar Türk dünyasının müxtəlif dilləri və dialektləri arasında kəskin fərqlərin olmadığını göstərir. Canlı xalq danışığından müasir ədəbi dilə qədər mövcud olan fərqlər əsasən cüzi xarakter daşıyır.
O qeyd edib ki, hazırkı dövrdə sosial şəbəkələrdə müxtəlif məsələlərin məqsədli şəkildə müzakirəyə çıxarıldığı bir vaxtda bu cür tədbirlərin keçirilməsi xüsusi önəm daşıyır.
Professor çıxışının sonunda Türk dünyası arasında mövcud olan dostluq, birlik və qardaşlığın daim möhkəmlənəcəyinə əminliyini ifadə edib: “Bu dostluğu, bu birliyi, bu qardaşlığı heç kim, heç zaman sarsıda bilməz”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:29]
Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar
- 08.10.2026 [10:20]
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]