Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də Bakı şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyi və Özbəkistanın Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isə Konsulluq və hüquq idarəsinin rəis müavini Abduvaxit Tursunov rəhbərlik edib.
Görüşdə, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, o cümlədən Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndələri iştirak ediblər.
Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər arasında ədliyyə, təhsil, sərhəd, miqrasiya və digər vacib sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, o cümlədən vətəndaşların hüquq və müdafiəsinin təmin edilməsi üçün qarşılıqlı müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 31 oktyabr
- 31.10.2026 [02:33]
Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub
- 30.10.2026 [18:51]
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
- 30.10.2026 [16:45]
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb
- 30.10.2026 [23:43]
Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir
- 30.10.2026 [23:00]
TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib
- 30.10.2026 [22:23]
Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib
- 30.10.2026 [21:42]
Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb
- 30.10.2026 [21:37]
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub
- 30.10.2026 [20:55]
Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb
- 30.10.2026 [20:50]
Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur
- 30.10.2026 [20:45]
Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub
- 30.10.2026 [20:37]
Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib
- 30.10.2026 [20:24]
Bu saata olan əsas xəbərlər
- 30.10.2026 [20:00]
Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb
- 30.10.2026 [19:58]
Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq
- 30.10.2026 [19:25]
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb
- 30.10.2026 [19:06]
Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir
- 30.10.2026 [18:57]
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
- 30.10.2026 [18:51]
Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq
- 30.10.2026 [18:50]
Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb
- 30.10.2026 [18:47]
Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb
- 30.10.2026 [18:42]
BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər
- 30.10.2026 [18:37]
Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır
- 30.10.2026 [18:13]
Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
- 30.10.2026 [18:11]
® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim
- 30.10.2026 [17:52]
Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?
- 30.10.2026 [17:50]