Azərbaycan Dövlət İnformasiya Agentliyi

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycan-Ermənistan münasibətlərindəki silahlı münaqişə mərhələsi qapanıb. Bununla regionda sülh və təhlükəsizliyin qorunmasına və onun dayanıqlılığına əsaslanan əməkdaşlıq müstəvisi formalaşır. Azərbaycan və Ermənistan sülh gündəmi üzrə əhəmiyyətli məsafə qət edərək əlaqələrin bərpası üzərində işləyir.

Tərəflər sülh gündəliyinin inkişafı və əlaqələrin bərpası istiqamətində böyük məsafə qət ediblər. Lakin etimad mühitinin institusionallaşması üçün hələ də həllini gözləyən fundamental məsələlər mövcuddur.

Qeyd edək ki, münaqişənin hüquqi və siyasi müstəvidə tənzimlənməsi atəşkəs bəyanatları və çərçivə sazişləri ilə məhdudlaşmayaraq geosiyasi reallıqlara əsaslanmalıdır. Bununla belə, sülh prosesinin humanitar aspektlərində qeyri-mütənasiblik müşahidə olunur: Azərbaycan sülhün təmin edilməsinə yönələn təşəbbüslər və birtərəfli konstruktiv addımlar atsa da, qarşı tərəfdən adekvat siyasi iradə və simmetrik cavab tədbirləri gecikir. Bu, sülh sazişinin yekunlaşdırılması prosesini ləngidən əsas faktorlar sırasındadır.

Vaşinqton razılaşmaları Ermənistan üzərindəki öhdəliyi artırır

Həmin məqam Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə başlayan, 30 ildən artıq davam edən müharibə səbəbindən itkin düşmüş və əsir götürülmüş şəxslərin probleminin həll olunmamasında özünü göstərir. Halbuki beynəlxalq humanitar hüquq və BMT-nin fundamental prinsipləri qaranlıq qalan bu tip məsələlərin həlli üçün dövlətlər üzərinə öhdəliklər qoyur. Bu yanaşma 1949-cu il III Cenevrə Konvensiyasına, Beynəlxalq Humanitar Hüququn I və II Əlavə Protokollarına, BMT-nin 2006-cı ildə qəbul etdiyi Zorakı itkin düşmədən müdafiə haqqında Beynəlxalq Konvensiyaya söykənir.

Bu sənədlər işgəncə və qəddar rəftarı qadağan edir, həmçinin münaqişə tərəflərinə ailələrin məlumat almaq hüququnu tanıma və itkin düşənləri axtarma öhdəliyi qoyur.

Təəssüflər olsun ki, Ermənistan bu hüquqi öhdəliklərin icrasından yayınır. Bu, məsələ ilə bağlı məşğul olan beynəlxalq qurumlar üçün də ciddi siqnal olmalı idi. Ancaq beynəlxalq təşkilatlar İrəvanın əsir və itkin düşmüşlərlə əlaqədar yanaşmasına göz yumur. Prezident İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına müraciətdə bu məsələni daha dəqiq ifadə edib.

Prezident İlham Əliyev Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların humanitar mənzərəsinə diqqət çəkərkən Vaşinqton razılaşmasının əhəmiyyətini vurğulayır. Dövlətimizin başçısı müraciətində bildirib:

“Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, eyni zamanda, həyata keçirdiyi ardıcıl siyasət Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlıq üçün tarixi imkan yaradıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, habelə iki ölkə arasında sülh sazişinin paraflanması bu istiqamətdə atılmış mühüm addım idi. Dayanıqlı sülhün bərqərar edilməsi siyasi razılaşmalarla yanaşı, etimadın möhkəmləndirilməsini və münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasını tələb edir. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi bu prosesin ayrılmaz hissəsidir və ailələr qarşısında mənəvi məsuliyyətimizdir”.

Xatırladaq ki, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş də paraflanıb. Bu sülh sazişinin 9-cu maddəsi münaqişədən zərər çəkmiş itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi və humanitar xarakterli problemlərin tənzimlənməsini hüquqi öhdəlik kimi təsbit edir. Sözügedən bənd bu sazişə imza atan Ermənistan Respublikasının üzərinə humanitar məsələlərin icrası ilə bağlı konkret hüquqi və mənəvi məsuliyyət qoyulması deməkdir.

BQXK mənasını itirir

Dövlətimizin başçısı müraciətində itkin düşmüş şəxslərin taleyinin araşdırılmasının Azərbaycan dövləti üçün vacib məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin müraciətinin diqqətçəkən və diplomatik-siyasi ehtiva edən məqamı, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) fəaliyyəti ilə bağlıdır. BQXK-ni birbaşa və institusional səviyyədə tənqid edən Prezident İlham Əliyev haqlı olaraq vurğulayır:

“Ermənistanın Azərbaycana qarşı otuz ildən artıq davam edən hərbi təcavüzü nəticəsində uşaqlar, qadınlar və ahıllar da daxil olmaqla, 4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb. Təəssüflə qeyd edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin bu illər ərzində fəaliyyəti nəticə verməyib”.

Bu mövqe beynəlxalq humanitar hüququn qorunması və itkin düşənlərin axtarışı ilə məşğul olan bir qurumun açıq şəkildə tənqididir və BQXK-nin mandatının yenidən nəzərdən keçirilməsi üçün digər ölkələr qarşısında çağırışdır. Çünki Azərbaycan tərəfinin tənqidi subyektiv yanaşmaya əsaslanaraq təşkilatın humanitar böhranlara qarşı funksionallığının itməsinin nəticəsinə söykənir. Dövlət başçısı bu tənqidlə beynəlxalq təşkilatların fəaliyyətindəki imitasiya dövrünün bitdiyini və real hesabatlılıq tələb olunduğunu nümayiş etdirir.

Digər tərəfdən postmüharibə dövrünün dəlillərini beynəlxalq təşkilatlar görməzdən gəlir. Belə ki:

- Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkarlanıb. Belə məzarlıqların sayının artacağı istisna deyil;

- İnsan qalıqları üzərində aparılan ekspertizalar qurbanların öldürülməmişdən öncə sistematik işgəncələrə məruz qaldığını sübut edir;

- Törədilmiş cinayətlərin izlərinin məqsədli şəkildə gizlədilməsi beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə tapdalanmasıdır və bu mütləq şəkildə beynəlxalq müstəvidə hüquqi məsuliyyət doğurmalıdır.

Prezident İlham Əliyevin qlobal təşəbbüskarlıq üçün təklifləri

2002-ci ildən bəri BMT Baş Assambleyasında müvafiq qətnamələrin əsas təşəbbüskarı olan Azərbaycan, mövcud qlobal alətlərin yetərsizliyini nəzərə alaraq BMT çərçivəsində itkin düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılmasını zəruri hesab edir. Prezident İlham Əliyevin müraciətində bununla bağlı çərçivə təqdim olunub.

Dövlətimizin başçısı bildirib ki:

- BMT və digər aidiyyəti beynəlxalq təşkilatlar öz mandatları çərçivəsində axtarışlar, məlumat mübadiləsi, məhkəmə-tibbi ekspertiza imkanlarının inkişafı və ailələrə dəstəyin artırılması işində daha fəal olmalıdırlar;

- Bu xüsusda, effektiv mexanizmlər siyasi iradəyə, etibarlı məlumatlara və davamlı əməkdaşlığa əsaslanmalıdır;

- Müasir texnologiyaların tətbiqi, arxiv məlumatlarının əlçatanlığı, mütəxəssislərin hazırlanması və ailələrin müntəzəm məlumatlandırılması bu işin əsas istiqamətləridir;

- Bütün fəaliyyət insan ləyaqətinə və beynəlxalq humanitar hüquqa hörmət əsasında, ayrı-seçkiliyə yol verilmədən həyata keçirilməlidir;

- Azərbaycan bu məsələdə birgə təşəbbüslərə töhfə verməyə hazırdır;

- Azərbaycan problemə qlobal miqyasda daha böyük diqqətin ayrılması üçün BMT çərçivəsində itkin düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılmasını zəruri hesab edir.

Nəticə

Prezident İlham Əliyevin müraciəti, tənqidləri və təkliflərindən mühüm nəticələr çıxır: Hərbi-siyasi müstəvidə qazanılmış qələbə artıq dövlətin diqqətini sosial-mənəvi ədalətin bərpasına – onilliklərdir həsrət çəkən ailələrin gözləntilərinə yönəldib.

Burada Azərbaycan imzalanmış sənədlərin İrəvan üçün formalaşdırdığı hüquqi çərçivəyə fokuslanır.

Azad ərazilərdə insan faciəsi ilə əlaqədar ortaya çıxan dəhşətli faktlar beynəlxalq hüquq- mühafizə sisteminin dərhal hərəkətə keçməsini tələb edir.

BQXK kimi ənənəvi beynəlxalq humanitar institutların illərlə sərgilədiyi sükut və passivlik qlobal təşkilatların islahata ehtiyacı olduğunu, səthi fəaliyyət dövrünün isə başa çatdığını üzə çıxarır.

Azərbaycanın BMT səviyyəsində irəli sürdüyü yeni qlobal platforma ideyası sadəcə lokal problemi deyil, bütövlükdə bəşəriyyətin insan haqları və itkin düşənlərin müdafiəsi sahəsindəki boşluqları doldurmağa hesablanmış qabaqcıl bir doktrinadır.

Müəllif – Aqşin Kərimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNƏCƏK

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm