Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Bakı, 8 oktyabr, AZƏRTAC
Binəqədi rayonunda təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, bu gün saat 15:00-dan etibarən Qara Qarayev küçəsinin Şota Rustaveli küçəsi ilə kəsişməsindən Osman Mustafayev küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq. Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:22]
133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
- 08.10.2026 [11:20]