Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər
Bakı, 8 oktyabr, AZƏRTAC
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, “Astara” gömrük postunun idxal nəzarət xəttində İran İslam Respublikasından ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmet aşkar edilməsə də, sürücünün davranışları gömrük əməkdaşlarında şübhə yaradıb.
Bununla əlaqədar sürücünün üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun belinə korset vasitəsilə bağlanmış 3 ədəd bağlamadan ümumilikdə 3000 ədəd həbdən ibarət külli miqdarda narkotik vasitə - metadon aşkar edilib.
Bundan əlavə, gömrük nəzarəti tədbirləri zamanı sürücünün gömrük postunun ərazisinə atdığı 2 ədəd bağlamaya da baxış keçirilib.
Baxış zamanı həmin bağlamalardan xüsusilə külli miqdarda, ümumi təmiz çəkisi 2 kiloqram 950 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:20]
Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq
- 08.10.2026 [10:24]
“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb
- 08.10.2026 [10:17]
Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO
- 08.10.2026 [10:05]
Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
- 08.10.2026 [10:01]
Birjalarda neft bahalaşıb VİDEO
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [19:00]