Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
Bakı, 7 oktyabr, AZƏRTAC
“LANDAU Lions” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, komanda İsveçrənin “Lions de Geneve” klubunu qəbul edib.
Bakı İdman Sarayında təşkil edilən görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 105:83.
Bu qrupda Slovakiyanın “Prievidza”, Danimarkanın “Bakken Birs”, Türkiyənin “Dənizli Basket” və Portuqaliyanın “Benfika” klubları da yer alır.
Müxbir - Cavid Əliyev
Fotoqraf - Nicat Həşimov